09:54 / 18-11-2025
Bu ixtisas sahibləri məhkəmələrdə işlə təmin olunacaqlar - Siyahı
09:26 / 18-11-2025
Kapitan həbsxanadan məktub göndərib - Generala ağır ittihamlar
09:21 / 18-11-2025
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir
09:10 / 18-11-2025
Şoyquya sui-qəsd cəhdinin üstü açılıb
09:04 / 18-11-2025
Tramp özünü sadiq “fast food” müştərisi sayır
08:55 / 18-11-2025
Baş katib: ŞƏT davamlı inkişafa üstünlük verir
08:47 / 18-11-2025
Parisin təşəbbüsü isterikaya səbəb olub
08:39 / 18-11-2025
Ərdoğan: ...bölgədəki heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməz
08:30 / 18-11-2025
Cəbrayıla növbəti köç karvanı gedib
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
23:46 / 17-11-2025
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
23:24 / 17-11-2025
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
23:09 / 17-11-2025
Bakıda yeniyetmə qətlə yetirilib
20:24 / 17-11-2025
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq edilib
18:17 / 17-11-2025
Nazir: "Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr..."
18:14 / 17-11-2025
Dünyanın ən bol sulu çayları hansılardır?
18:04 / 17-11-2025
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
18:00 / 17-11-2025
Vergi Xidmətində kadr dəyişikliyi olub
17:53 / 17-11-2025
Özbəkistan rəsmisi: "Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması..."
17:27 / 17-11-2025
Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib
17:23 / 17-11-2025
Gürcüstan Ukraynanı ittiham edir
17:00 / 17-11-2025
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16:49 / 17-11-2025
Millimizin oyunlarının təqvimi müəyyənləşib
16:30 / 17-11-2025
Maliyyə İdarəetmə Sistemi yaradılacaq
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
16:02 / 17-11-2025
Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır
15:57 / 17-11-2025
Sosial şəbəkədə yüzlərlə şəxsi aldadan şəxslər ifşa edilib
15:52 / 17-11-2025
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır"
15:44 / 17-11-2025
Mikayıl İsmayılovun oğlu axtarışa verilib
15:37 / 17-11-2025
"Qarabağ" azarkeşlərə müraciət edib
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
12:34 / 13-11-2025
Təhlükəli virus yayılır - Xəbərdarlıq
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
Mikayılın nağılı
Tarix: 10-05-2016 15:49 | Bölmə: Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
Tarix: 10-05-2016 15:49 | Bölmə: Zaur ƏHMƏD

Bizim tərəflərin camaatı hələ də elə bilir ki, hansısa vəzifəni tutmaq, hansısa bir quruma rəhbərlik etmək üçün gərək adamın yaşı ötə, saçı ağara, bir balaca da qarnı çıxa. Bu keyfiyyətləri olmayan adamı vəzifəyə qoyanda o dəqiqə "O nə bilir kreslo nədir",- deyirlər.
Təbii ki, təcrübə hər zaman öz sözünü deyir. Amma bir yerə qədər. Məsələn, əgər bir alim pampers geyinib elmi-tədqiqat institutuna işə gəlirsə, artıq burda təcrübə dilini farağat qoysa, yaxşıdır.
Azərbaycanın ən yaralı yeri təhsildir. Hətta Qarabağdan da dərin yara desəm, bəlkə də yanılmaram. Çünki bir az da belə davam eləsə, xəritədə Qarabağın yerini tapa bilməyən nəsil yetişəcək. Cahil bir nəsil isə nə Qarabağı, nə Şirvanı, nə də Muğanı qoruya bilməz. Xülasə, keçək mətləbə...
Ölkədə təhsilin vəziyyəti barədə hər kəs məlumatlıdır. 21-ci əsrdə adını yaza bilməyən attestat sahibləri varsa, onların bəziləri bir az da irəli gedib ali məktəb tələbəsi belə olmağı bacarırsa, o zaman əlavə şərhə ehtiyac qalmır.
Birincisi, 11 il parta arxasında oturan adam niyə adını yazmağı öyrənməyib? Əgər bunu bacarmırsa, attestat alma mərhələsinə qədər necə gəlib? Bəs, bu imtahanlar nəyə lazımdır? Adını yaza bilməyənlər imtahandan necə keçiblər?
Suallar çoxdur. Amma sinəsini irəli verib cavab verən tapılmır.
Mikayıl Cabbarov qoruq rəhbərliyindən təhsil naziri kimi mötəbər, bir o qədər də strateji posta gətiriləndə hər ağızdan bir avaz gəlirdi. Ən çox da deyirdilər ki, baş qoruqçudan nazir olar?
Onun peşəkarlığını şübhə altına alanlar az olmadı. Amma gənc bir kadrın nazir kürsüsünə gətirilməsinin müsbət nəticələri olacağını düşünənlər də var idi. Çünki Misir Mərdanov kimi illərlə təhsil sistemində kök atmış bir adamın qurduğu şəbəkənin gənc nazir tərəfindən çökdürüləcəyinə inam var idi. Zaman keçdi və bu inam ölməyə başladı. Artıq elə bir situasiya yaranıb ki, hamı təhsilin inkişafından əlini üzüb.
Təhsilin ana sütunu müəllimdir. Təhsili dirçəltmək üçün ilk növbədə müəllimi düşdüyü çuxurdan çıxarmaq lazımdır. İllərdir ki, müəllim şagirdin, tələbənin "əlinə baxaraq" gözükölgəli olub, seçki saxtakarlığında rol alaraq "səs oğrusu”na çevrilib. Elə buna görə də müəllimlik peşəsi Azərbaycanda müqəddəslər sırasından çıxıb. Son illər müəllimlik cəmiyyətdə ən az arzuolunan peşəyə çevrilib. Acı da olsa, həqiqət budur.
Düzdür, hələ də müqəddəsliyi dərk edən müəllimlərimiz var və onlara sayğım sonsuzdur. Amma təəssüf ki, onlar böyük çoxluğun arasında görünmürlər.
Təhsil nazirimiz isə hələ də nağıllar, əfsanələr peşindədir. Müəllim adının müqəddəsliyini qaytarmaq əvəzinə, yoxlama dalıyca yoxlama göndərir. Hətta ələbaxımlılığa məhkum edilən müəllimə həqarətli münasibət sərgiləməkdən belə çəkinmir. Gündə bir imtahan, bir monitorinq keçirib müəllimləri bezdirirlər.
Cənab Cabbarov indi də deyir ki, savadı az olan müəllimlər az maaş alacaq. Nazirin sözlərinə görə, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub. Guya bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçiləcək.
Cənab nazir, avazınız yaxşı gəlir, təəssüf ki, oxuduğunuz Quran deyil. Böyük müəllim kontingentini bilmirəm, şəxsən mən nağıllara inanmıram.
Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək