13:33 / 26-09-2018
Soyuqdan donub öldü - Foto
DÇ-2018-in daha iki 1/8 final oyunu olub - Hesab
Tarix: 03-07-2018 15:19 | Bölmə: İdman / Xəbər lenti
DÇ-2018-in daha iki 1/8 final oyunu olub

Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçirilib.


Meydana ilk olaraq ev sahibi Rusiya millisi çıxıb. Qonşu ölkə təmsilçisi mundialın favoritlərindən hesab olunan İspaniya ilə qarşılaşıb.

İspanların qələbə şansı daha yüksək qiymətləndirilsə də, Rusiyanın rəqibindən fərqli olaraq pley-offa rahat yüksəlməsi və azarkeş amili matçın gərgin keçəcəyindən xəbər verirdi. 90 dəqiqəsi heç-heçə (1:1) başa çatan matçın əlavə vaxtında hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Rusiya millisi adını 1/4 finala yazdırıb.

Digər oyunda isə Xorvatiya və Danimarka milliləri üz-üzə gəlib. Qrup mərhələsində Argentinanın qapısından 3 cavasız top keçirən və maksimum xal toplayaraq 1/8 finala yüksələn xorvatlar cütün favoriti hesab olunsalar da, Danimarka artıq ilk dəqiqədə hesabı açıb. Cəmi 3 dəqiqə sonra Xorvatiya hesabı bərabərləşdirib. Matçın qalan dəqiqələrində, eləcə də əlavə olunmuş yarım saatda qalib aşkarlanmayıb. Penatilər seriyasında daha dəqiq oynayan xorvatlar 1/4 finalda Rusiyaya rəqib olublar.

Dünya çempionatı

1/8 final mərhələsi


1 iyul

Xorvatiya - Danimarka - 1:1 (Penaltilər seriyasında - 3:2)


Qollar: M. Yorgensen, 2 (0:1), Mario Mancukiç, 4 (1:1)

Qaçırılan penalti: Modriç, 117 (Xorvatiya)

Baş hakim: Nestor Pitana (Argentina)

Nijni Novqorod. Mərkəzi stadion

İspaniya - Rusiya - 1:1 (Penaltilər seriyasında - 3:4)


Qollar: S. İqnaşeviç, 12-avtoqol, (1:0), Artem Dzyuba, 41-penalti (1:1)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

30 iyun

Uruqvay – Portuqaliya - 2:1

Fransa – Argentina - 4:3.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-09-2018, 19:27 Bu uşaq metroda doğulub