Beynəlxalq təşkilat ölkələrin reytinqini müəyyən edib – İlk üçlük
Tarix: 10-11-2018 23:24 | Bölmə: İqtisadiyyat
Beynəlxalq təşkilat ölkələrin reytinqini müəyyən edib

Beynəlxalq Menecment və İnkişaf İnstitutu (International Institute for Management Development) 2018-ci il üzrə "Rəqəmsal Rəqabətlilik Reytinq"ni açıqlayıb.

Reyting.az saytı xəbər verir ki, siyahıya 63 ölkə daxildir. Siyahıda keçmiş SSRİ-dən 4 ölkə var. Bunlardan Estoniya 25-ci, Litva 29-cu, Qazaxıstan 38-ci, Rusiya 40-cı yerdə qərar tutub.

Üç meyar əsasında tərtib olunan siyahıda bilik, texnologiyaların inkişafı, gələcəyə texnoloji hazırlıq səviyyələri əsas götürülüb.

Siyahının ilk 3-lüyünə düşən ölkələrə gəlincə, bunlar ABŞ, Sinqapur və İsveçdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}