Nazirlər Kabinetinin vəzifəli şəxsləri işdən çıxarılıblar
Tarix: 18-10-2018 15:49 | Bölmə: Slayd
Nazirlər Kabinetinin vəzifəli şəxsləri işdən çıxarılıblar

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib.

Verilən əmrə əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə, onun dövlət qulluğuna xitam verilib.

Baş nazirin digər əmri ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. N. Bayramovun da dövlət qulluğuna xitam verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}