Prokurorluq Hacı Məmmədovun intihar etməsinin səbəblərini araşdırır
Tarix: 04-12-2017 09:02 | Bölmə: Slayd
Prokurorluq Hacı Məmmədovun intihar etməsinin səbəblərini araşdırır

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.

Reyting.az
xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs edilmişdilər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.

Məhkəmənin hökmünə əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib. Lakin sonradan Zakir Nəsirovun cəzası azaldılıb və o, ötən il əfvlə azadlığa buraxılıb.

Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

"Hazırda iş üzrə istintaq aparılır” - deyə, əlavə olunub/.

Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}