"Azərsu” rəhbəri təhlükədən sığortalanmağın asan yolunu tapıb
Tarix: 14-12-2017 14:28 | Bölmə: Slayd
"Azərsu” rəhbəri təhlükədən sığortalanmağın asan yolunu tapıb

Bir müddət əvvəl "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evinin sökülməsi üçün məhkəmələrdə iddia qaldırması barədə xəbər yayılsa da, sonradan bunun icraatı haqqında müəmmalı şəkildə susqunluq yarandı. ASC-nin rəhbərliyi məlumatlara münasibət bildirməkdən yayınaraq, sanki söküntü prosesinin unudulmasına çalışdı.

Reyting.az-ın əldə etdiyi məlumata görə, “Azərsu”yun susqunluğunun bir neçə səbəbi var.

Məlumatda bildirilir ki, birinci səbəb bu qədər tikilinin sökülməsinin yaradacağı səs-küydürsə, ikinci və ən əsas məsələ obyektlərin, hətta bəzi villaların sadə şəxslərin olmamasıdır.

“Azərsu” da çalışan və adının çəkilməsini istəməyən şəxs deyib ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar magistral su kəmərlərinin üstündə tikilib. “Azərsu” bunların sökülməsi üçün məhkəmədə iddia qaldırsa da, bu ölkədə hamı bilir ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən, magistral su və kanalizasiya kəmərlərinin üstündə tikilən "Neolit”, "Qızılqaya”, "Ay işığı”, "Xəmsə”, "Sarı gəlin”, "Xarı bülbül”, "Xan qızı”, "Yeddi gözəl” kimi restoranların əsl sahibləri kimlərdir: “Yəni ASC rəhbəri Qorxmaz Hüseynovun bu obyektlərin sahibəri ilə toqquşması onun karyerasına çox böyük zərbə vura bilər”.

Məlumatda bildirilir ki, bu şadlıq saraylarından bəzilərinin arxasında ökədə nüfuz sahibi olan şəxslər dayanır: “Qorxmaz Hüseynovun belə obyektləri sökdürməyə imkanı çatmaz. Bunun üçün mütləq ölkə prezidentinin rəyini və dəstəyini almaq gərəkdir ki, Qorxmaz Hüseynovda da buna görə ölkə başçısına məruzə edəcək cəsarət görmürəm. O, özünə əlavə düşmən və ya rəqib qazanmamaq üçün bundan çəkinir. Ona görə də illərdir bu problem həll edilməmiş qalıb. Məsələn, “Neolit” şadlıq evi-restoranını götürək. Bəziləri bu restoranın Qorxmaz Hüseynovun da yaxşı tanıdığı şərab zavodlarından birinin keçmiş anbardarı olmuş, sabiq baş prokuror Eldar Həsənova dolayısı ilə qohum olan Yaşar Məlikovun olduğunu düşünür. Lakin böyük ehtimalla bu, belə deyil. O obyekt hakimiyyətdə təmsil olunan çox güclü qruplardan birinə bağlıdır. Ona görə də böyük bir ərazini zəbt edib, restoranı genişləndiriblər.

Sual ounur, magistral kəmərin üzərində aparılan tikili bir yana qalsın, mərkəzdə bu qədər ərazinin zəbt edilməsinə qarşı niyə tədbir görülməyib?! Elə bu məqam da “Neolit”in üzərində əsl sözün ciddi nüfuz sahibi olan məmurlardan birinə məxsus olması barədə yayılan xəbərləri qüvvətəndirir”.

"Azərsu” rəhbəri təhlükədən sığortalanmağın asan yolunu tapıb

Mənbəmiz qeyd edib ki, həmin tiklililərin altında qalan və ya ərazindən keçən böyük ölçülü kanalizasiya və su kəmərində qəza olsa, bu, fəlakətə səbəb ola bilər. “Azərsu” rəhbərliyi də belə təhlükələri nəzərə alaraq, özünü “sığortalamaq” üçün məhkəməyə müraciət edib: “Mümkündür ki, məhkəmələr də iddianın bir qismini təmin ediblər və ya edəcəklər. Lakin icra edilməyib, heç buna cəhd də olunmayıb. Belə vəziyyət isə Qorxmaz Hüseynova özünü gələcək təhlükədən sığortalamaq üçün lazımdır. Yəni, nə vaxtsa bir hadisə baş verərsə, o zaman təqsiri məhkəmə icraçılarının, qarşı tərəfin və yerli icra hakimiyyətlərinin üstünə ataraq, onları “nişangah”a gətirə biləcək. Başqa sözlə, özünü təhlükədən qurtarmaq üçün əlində olan rəsmi sənədləri göstərəcək. Bütün hallarda qeyd edilən məsələ üzündən açılan məhkəmə davaları gələcəyə hesablanmış “sığorta tədbiri”ndən başqa bir şey deyil”.

Mənbə sonda deyib ki, iri obyektlərə “ilişmək”lə Q. Hüseynovun bəzi yüksək vəzifəli şəxslərin ona minnətçi düşməsinə və ya onlar barədə kompromat toplamağa çalışması barədə deyilənləri inandırıcı saymır:

“Düzdür, belə metodlara əl atıb, yüksək vəzifə sahibləri ilə isti münasibət quranlar və yaxud kimlərisə “dalana dirəmək” üçün komromat toplayan məmurlar az olmayıb. Yenə də belələri var. Lakin düşünürəm ki, Qorxmaz Hüseynov belə riskə getməz”.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}