13:05 / 19-07-2017
DTX 6 casus yaxalayıb
Müğənni ölüm ayağındadır – Səbəb
Tarix: 17-07-2017 12:33 | Bölmə: Şou-biznes / Xəbər lenti


Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Reyting.az saytı big.az-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan "VAZ 21 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü də olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir. Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingəçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.





121 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
19-07-2017, 13:05 DTX 6 casus yaxalayıb
18-07-2017, 12:46 İran odla oynayır