16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Məleykə Əsədova xalq artistindən 200 min manat istəyir – Qarşıdurma
Tarix: 20-11-2017 11:13 | Bölmə: Şou-biznes / Xəbər lenti
Məleykə Əsədova xalq artistindən 200 min manat istəyir

Aktrisa Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

Reyting.az saytı yenicag.az-a istinadla xəbər verir ki, noyabrın 22-də tərəflər Nəsimi Rayon Məhkəməsində üz-üzə gələcəklər.

Məlumata görə, Məleykə Əsədova Ramiz Məlikdən 200 min manat təzminat istəyir. M.Əsədova iddia edir ki, R.Məlik onun şərəf və ləyaqətini təhqir edib.

Xəbəri Nəsimi Rayon Məhkəməsindən də təsdiqləyiblər.

Ramiz Məlik də məhkəmə qarşıdurmasını təsdiqləyib: “Ayın 22-də ilk qarşılaşmadı. Amma getməyəcəm. Çünki əlimdə ona qarşı faktlar var, həmin sənədləri toplayıram.

Məleykə çox səhv addım atır. O, əsəbi halda dediyim sözlərə görə məni ittiham edir. Yaxşı, bəs siz deyin, əgər Məleykə mənim evimə zəng edib, yoldaşımı, qızımı təhqir edirsə, məni "oğraş", "biqeyrət" adlandırırsa, mən buna susmalıyam?

Məleykə mənim yoldaşıma "Ramizin o iki qız nəvəsini oğurlatdırıb, başlarına oyun açdıracam", - deyirsə mən sakit durub baxmalıyam? Əlbəttə, bir kişi kimi bu sözlər məni özümdən çıxartdı, mən də həmin ərəfədə kim zəng etdisə, hamıya bu barədə, sözsüz ki, əsəbi halda öz fikirlərimi dedim. Sonradan bu barədə saytlarda xəbərlərin yayıldığını gördüm. Halbuki, bu söhbətin ictimailəşdirilməsini istəmirdim. Amma yenə də insanlığıma, ərliyimə rəğmən açıqlama verərək bildirdim ki, aramızda anlaşılmazlıq baş verib.

Məleykə Əsədova xalq artistindən 200 min manat istəyir

Məleykənin də qadınlığını nəzərə alaraq, üzrxahlıq etdim. Fikirləşdim ki, eybi yox, qoy böyüklük məndə qalsın. Amma Məleykə yenə ikiüzlüyünü sübut etdi. Nəticədə, məni məhkəməyə verərək, 200 min manat tələb edir. Guya mən bunun şərəf və ləyaqətini təhqir etmişəm. Halbuki, o, birinci olaraq, mənim evimə zəng edib, ailəmi, özümü, qızımı və nəvələrimi küçə söyüşləri ilə təhqir edərək, hədələyib. Bunu qadın, xalq artisti necə deyə bilər? Bu cür təhqirə hansı kişi dözər? Kim Məleykəyə ixtiyar verib ki, mənim ailəmi təhqir etsin? O, elə bilirdi ki, ağzına gələni danışacaq, Ramiz də durub baxacaq? Mən Məleykəyə layiq olduğu cavabı vermişəm".

Xatırladaq ki, xalq artistləri arasında söz-söhbət Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkili görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru", - yazıb.

Bunu özünə təhqir hesab edən M.Əsədova xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. R.Məlik isə Yenicag.az-a açıqlamasında qarşı tərəfi cavabsız qoymamışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-10-2017, 13:17 Səidə Sultan ər axtarır