İranın Qafqaz siyasətində Dağlıq Qarabağ problemi – Yeni kitab çapdan çıxıb
Tarix: 26-08-2016 11:27 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” kitabı çapdan çıxıb.

Reyting.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan bildiriblər.

Nəşrin elmi redaktoru Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Musa Qasımlı, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və həmin elm müəssisəsinin beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri Həsən Əlibəylidir.

Monoqrafiyada Ermənistan-Azərbaycan münaqişəsi xronoloji ardıcıllıq, tarixi faktların təhlili yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində şərh edilib. Nəşrdə, həmçinin İranın Qafqaz siyasətində bu münaqişənin həlli istiqamətində atdığı addımlar İran-Azərbaycan, İran-Ermənistan münasibətləri kontekstində təhlil olunub.

Kitabda İran İslam Respublikasının xarici siyasətinin nəzəri əsasları, bu ölkənin Cənubi Qafqaz siyasəti, eləcə də Azərbaycan-İran münasibətləri və digər məsələlər geniş təhlil və tədqiq edilib.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər