Birinci 50-59 yaş arası insanlar peyvənd olunmalıdır
Tarix: 24-12-2020 21:57 | Bölmə: Cəmiyyət / Xəbərlər
Birinci 50-59 yaş arası insanlar peyvənd olunmalıdır

Əvvəlcə 50-59 yaş arası insanlar, daha sonra 60-69 yaş arası insanlar koronavirusa qarşı peyvənd olunmalıdırlar.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu nəticəyə Sent-Luisdəki Vaşinqton Universiteti və Corc Meyson Universitetindən amerikalı alimlər gəliblər.

Onlar hesablamalarında, yaxın iki ayda 50 faiz effektivliyə sahib 60 milyon doza peyvəndin istehsal ediləcəyini güman edirlər.

Əgər yuxarıdakı əhali qrupları karantindədirsə, 30-39 yaş qrupunun nümayəndələri ilə əvəz edilməlidir.

Peşələrinin xüsusiyyətlərinə görə də risk qrupu hesab edilən tibb işçilərinə gəldikdə, aralarındakı koronavirus infeksiyasına yoluxma səviyyəsi 100.000 nəfərə düşən 15 hadisəni aşır. Alimlərin fikrincə, 40 yaşından başlayaraq peyvəndləmə lazımdır.

Avtobus sürücüləri, məktəb müəllimləri və dükan satıcıları 50 yaşdan, inzibati və maliyyə sektoru işçiləri 60, hətta 70 yaşdan peyvəndlənməlidir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər