13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Ölkəmizdəki şagird və tələbələrin sayı açıqlanıb
Tarix: 29-09-2021 09:16 | Bölmə: Cəmiyyət / Xəbərlər
Ölkəmizdəki şagird və tələbələrin sayı açıqlanıb

Bu gündən ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə ənənəvi təhsil bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 244 054 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə, ümumilikdə 471 661 şagird var.

BŞTİ-dən bildiriblər ki, 2021-2022-ci dərs ilində Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.

Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Təhsil Nazirliyindən isə bildirilib ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq.

2021-2022-ci tədris ilində bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16 920 tələbə, orta ixtisas təhsili müəssisələrində isə 57 693 subbakalavr təhsilini davam etdirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər