18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukraynalı diversantlar terror aktı törədib, zərərçəkənlər var
Tarix: 07-06-2023 16:29 | Bölmə: Dünya
Ukraynalı diversantlar terror aktı törədib, zərərçəkənlər var

İyunun 5-də axşam saatlarında ukraynalı diversantlar Xarkov vilayətində Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb. Partlayış nəticəsində qurbanlar var. Reyting.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, iyunun 5-də Moskva vaxtı ilə saat 21:00 radələrində Xarkov vilayətinin Masyutovka kəndi ərazisində Ukraynanın təxribat-kəşfiyyat qrupu Tolyatti-Odessa ammonyak boru kəmərini zədələyib. Terror aktı nəticəsində dinc əhali arasında zərərçəkənlər olub.

Konaşenkov bildirib ki, zərərçəkənlərə tibbi yardım göstərilib. O, Rusiya hərbçiləri arasında itkinin olmadığını deyib.

“Hazırda ammonyak qalıqları boru kəmərinin zədələnmiş hissələrindən Ukrayna ərazisinə axır ", - Konaşenkov əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər