20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Finlandiya və Estoniya arasında qaz kəməri partladılıb
Tarix: 11-10-2023 14:22 | Bölmə: Dünya
Finlandiya və Estoniya arasında qaz kəməri partladılıb

Oktyabrın 10-da Finlandiya ölkəni Estoniya ilə birləşdirən Balticconnector dənizaltı qaz kəmərinin zədələndiyini açıqlayıb. Finlandiya Sahil Mühafizəsi təfərrüatlara varmadan “xarici amilin səbəb olduğu açıq-aşkar zərərin” olduğunu bildirib.

Reyting.az
xəbər verir ki, oktyabrın 8-nə keçən gecə Balticconnector qaz kəmərində operatorlar “Gasgrid Finland” və Estoniyanın “Elering” şirkətləri gecə saat ikiyə az qalmış təzyiqin 40 MPa-dan 6 MPa-a düşdüyünü qeyd ediblər.

Məlumata görə, Elisa sualtı qayıqlarının rabitə kabeli də qırılıb.

Oktyabrın 10-da, hökumətin Helsinkidə keçirdiyi mətbuat konfransında boru kəmərinin və kabelin qəsdən zədələndiyi bildirilib. Rəsmilər partlayış əlamətinin olmadığını deyiblər.

Baş nazir Petteri Orponun sözlərinə görə, Finlandiyanın təchizat təhlükəsizliyi yaxşıdır və təhlükəsizlik vəziyyəti stabildir. Finlandiya Milli Təhqiqat Bürosu məhkəməyə qədər istintaqa başlayıb. Artıq ilkin araşdırma göstərib ki, borunun zədələnməsi texnogendir və bu, təxribat aktı versiyasını təsdiqləyir.

Finlandiya prezidenti Sauli Niinistjo NATO-nun baş katibi Yens Stoltenberqlə vəziyyəti müzakirə edib. NATO insidentin araşdırılmasına kömək edəcəyinə söz verib.

Qeyd olunur ki, Balticconnector qaz kəməri Finlandiya və Estoniyanın qaz bazarlarını birləşdirən ilk sualtı qaz kəməridir. Qaz kəməri 2019-cu ilin dekabrında tamamlanıb. Bu, 250 milyon avroya başa gəlib və bunun 75 faizini Avropa İttifaqının yardımı əhatə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər