14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Qəzzada daha bir məscid bombalanıb
Tarix: 25-10-2023 10:17 | Bölmə: Dünya
Qəzzada daha bir məscid bombalanıb

İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza zolağında yerləşən Hattin məscidini bombalayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti açıqlama yayıb.

Bildirilib ki, döyüş təyyarələri Cela küçəsində yerləşən Hattin məscidinə zərbə endirib.

Hücum zamanı ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.

Məlumatda deyilir ki, İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda dağılan məscidlərin sayı 33-ə yüksəlib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}