20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Vaqner” “Hizbullah”a hava hücumundan müdafiə sistemləri verəcək
Tarix: 22-11-2023 10:13 | Bölmə: Dünya
“Vaqner” “Hizbullah”a hava hücumundan müdafiə sistemləri verəcək

Rusiyanın özəl hərbi şirkəti “Vaqner” hava hücumundan müdafiə vasitələrini “Hizbullah” və ya İrana ötürməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi kəşfiyyat məlumatına əsasən deyib.

Onun sözlərinə görə, “Vaqner” Rusiya hökumətindən müvafiq göstəriş alıb.

“Biz “Vaqner”in “Hizbullah”a və ya İrana hərbi təchizat verib-verməməsini yaxından izləyəcəyik. Biz bu sabitliyi pozan transferləri həyata keçirən Rusiyanın fiziki şəxslərinə və ya qurumlarına qarşı antiterror sanksiyalarımızı tətbiq etməyə hazırıq”, - deyə C. Kirbi əlavə edib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sisteminin “Hizbullah”a təhvil verilməsində aparıcı rolu Moskvanın Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra güclənən İran və onun silahlı vəkilləri ilə davam edən münasibətlərini göstərir.

Bundan əlavə, Vaşinqton İranın Rusiyaya ballistik raketlər verməyə hazırlaşmasından narahatdır, İran bunu Tehrana səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyquya nümayiş etdirib.

CNN kanalı daha əvvəl xəbər vermişdi ki, söhbət “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemindən gedir. “Vaqner” onun Suriyadan daşınması haqda əmr alıb. Bundan əlavə, Qərb kəşfiyyatı ilə tanış olan mənbə jurnalistlərə bildirib ki, Suriyada “Hizbullah” və “Vaqner” arasında əməkdaşlığın artdığına dair sübutlar var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər