20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hollandiyada hakimiyyətə türkün düşməni gələ bilər - Foto
Tarix: 23-11-2023 10:59 | Bölmə: Dünya
Hollandiyada hakimiyyətə türkün düşməni gələ bilər

Hollandiyada ümumi seçkilərdə səsvermə başa çatıb. 150 yer uğrunda 1126 namizəd və 26 partiyanın mübarizə apardığı seçki üçün “exit-poll”un nəticələri açıqlanıb.

Reyting.az
xəbər verir ki, “exit-poll”un nəticələrinə görə, ifrat sağçı Geert Vilders-in rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) seçkidə irəlidədir.

Vilders deyib ki, onlar immiqrantların qarşısını alacaqlar: “Biz yenidən Hollandiya olacağıq”.

Koalisiyaya işarə edən Vilders “İndi tərəflərin razılığa gəlmə zamanıdır”,- deyib.

Qeyd edək ki, rəsmi nəticələr seçki tarixindən ən tez 8 gün sonra elan ediləcək. Nəticələr rəsmiləşdikdən sonra hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlanılacaq.



Bildirilir ki, parlamentdə ən çox yerə sahib olan partiyanın hökumət qurmaq üçün digər partiyalara təklif verəcəyi proses günlər, həftələr, hətta aylar çəkə bilər. Əvvəllər ölkədə hakimiyyət 2021-ci ildə seçkidən sonra 229 gün ərzində qurulmuşdusa, bu proses 2017-ci ildə 225 gün, 1977-ci ildə 208 gün, 2012-ci ildə 54 gün davam edib.

Son illər davamlı olaraq koalisiya hökumətləri tərəfindən idarə olunan ölkədə bir partiya hökumət qurmaq üçün parlamentdəki 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.

Onu da qeyd edək ki, hollandiyalı ifrat sağçı siyasətçi Geert Vilders tez-tez prezident Rəcəb Tayyib Ərdoğana qarşı açıqlamaları ilə gündəmə gəlir. Vilders bu il Türkiyədə keçirilən seçkilərdən sonra həm prezident Ərdoğanı, həm də Ərdoğanı dəstəkləyənləri tənqid edib. Vilders Ərdoğana səs verən və Hollandiyada yaşayanlara deyib:

“Ümid edirəm ki, Hollandiyada Ərdoğana səs verən bütün türklər indi çantalarını yığıb Türkiyəyə köçəcəklər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər