653 rusiyalı Qəzza zolağından çıxarılıb
Tarix: 23-11-2023 13:01 | Bölmə: Dünya
653 rusiyalı Qəzza zolağından çıxarılıb

Qəzza zolağında vəziyyətin pisləşməsi ilə əlaqədar yardım istəyən 900 rusiyalıdan 600-dən çoxu anklavı tərk edə bilib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN bildirir ki, ümumilikdə, kömək üçün müraciət edən 900-ə yaxın rusiyalının 653 nəfərini Qəzza zolağından çıxarmaq mümkün olub. Məlumata görə, 553 nəfər Fövqəladə Hallar Nazirliyinin xüsusi reysləri ilə Qahirədən Rusiyaya gətirilib.

Qeyd edildiyi kimi, dünən Moskvaya təxliyə edilənlərin daha bir qrupu - 28 rus və fələstinli ailə üzvləri gəlib. Xarici İşlər Nazirliyinin məlumatına görə, daha 82 nəfər Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Misirə daxil olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}