Prezident Putin Belarusa gedib
Tarix: 23-11-2023 14:00 | Bölmə: Dünya
Prezident Putin Belarusa gedib

Rusiya prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi Minskə uçub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, gündəliyə təşkilat üzvlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, beynəlxalq və regional problemlər daxil ediləcək.

Putin Minskə səfəri ərəfəsində hökumətlə görüşdə KTMT ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin formalaşdırılması mövzusunu qaldırıb. O, Moskvanın bu işi davam etdirməyə və başa çatdırmağa hazır olduğunu bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”-yə bildirib ki, Putinin Minskdə KTMT ölkələrinin liderləri ilə ayrıca ikitərəfli görüşləri nəzərdə tutulmasa da, sammit çərçivəsində ünsiyyət məcburi olacaq.

Onu da qeyd edək ki, KTMT-yə altı dövlət - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil olsa da, Ermənistan son vaxtlar KTMT-nin tədbirlərində iştirak etmək istəmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}