20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Almaniyada dövlət çevrilişinə cəhd: 20 nəfər həbs edilib
Tarix: 23-11-2023 17:21 | Bölmə: Dünya
Almaniyada dövlət çevrilişinə cəhd: 20 nəfər həbs edilib

Alman polisi ölkədə dövlət çevrilişi planları ilə bağlı səkkiz federal ştatda axtarışlar aparır və 20 nəfərə qarşı ittiham irəli sürülüb.

Reyting.az
“Bild” nəşrinə istinadla xəbər verir ki, Münhen Baş Prokurorluğunun rəhbərliyi ilə Bavariya, eləcə də Hamburq, Baden-Vürtemberq, Hessen, Brandenburq, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Şlezviq-Holşteyn ştatlarında axtarışlar aparılıb.

Münhen Baş Prokurorluğu və Yuxarı Bavariya Polis Departamentinin məlumatına görə, təqsirləndirilən şəxslər (“Reyx vətəndaşları” sağçı ekstremist hərəkatının üzvləri) sosial şəbəkələrdən və mobil rabitədən istifadə edərək hədə və şantaj yolu ilə dövlət məmurlarının qərarlarına qeyri-qanuni təsir göstərməyə çalışıblar.

“Aktyorların əsas məqsədi Almaniya Federativ Respublikasında, eləcə də onun dövlət qurumlarında sabitliyi pozmaq olub”, - Münhen Baş Prokurorluğu bildirib.

Xatırladaq ki, ötən ilin sonunda Almaniya Baş Prokurorluğu respublikada hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən 20-dən çox şəxsi həbs etmişdi. “Reyx vətəndaşları” təşkilatı Almaniya Federativ Respublikasının mövcudluğunun legitimliyini tanımayan və özlərini 1871-ci ildən mövcud olan Alman Reyxinin vətəndaşı hesab edən insanlardır. Ölkənin konstitusiya mühafizə xidməti hesablayıb ki, 2022-ci ildə Almaniyada “Reyx vətəndaşları”nın sayı keçən illə müqayisədə 2 min nəfər artaraq 23 min nəfər təşkil edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər