İsrail ordusu sakinləri Qəzzanın şimalına buraxmayacaq
Tarix: 24-11-2023 16:41 | Bölmə: Dünya
İsrail ordusu sakinləri Qəzzanın şimalına buraxmayacaq

İsrail Qəzza zolağı sakinlərinin anklavın cənubundan şimalına qayıtmasına icazə verməyəcək.

Reyting.az
-ın xəbərinə görə, bunu İsrail ordusunun sözçüsü Aviçay Adrai “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

A. Adrai deyib ki, İsrail aydın mesajlar göndərib:

“Qəzza zolağının cənub bölgələrindən şimala doğru hərəkətə icazə verməyəcəyik... Qüvvələrimiz razılaşdırılmış xəttlərdə cəmlənib. Qəzza zolağının şimalı müharibə zonası olaraq qalır".

Cümə günü səhər saatlarında “Əl-Cəzirə” bildirib ki, mövcud atəşkəsə baxmayaraq İsrail ordusu anklavın şimal hissəsindəki evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açıb. Atəş nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

“Times of Israel” qəzeti isə yazıb ki, bu gün səhər saatlarında İsrail ordusu Qəzza zolağının üzərinə vərəqələr ataraq qəzzalıları şimala qayıtmaqdan çəkinməyə çağırıb. Xəbərdarlıq edilib ki, atəşkəsə baxmayaraq həmin ərazi münaqişə zonası olaraq qalır.

Qeyd edək ki, bu gün İsrail ordusu ilə Fələstinin HƏMAS hərəkatı arasında 4 günlük atəşkəs qüvvəyə minib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}