20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “Ukraynadakı müharibə ictimaiyyətin gözündən düşür”
Tarix: 29-11-2023 13:51 | Bölmə: Dünya
Nazir: “Ukraynadakı müharibə ictimaiyyətin gözündən düşür”

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın Ukraynaya qarşı müharibəsinə dünyanın diqqətinin azalmasından narahatdır.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, A. Berbok bəyan edib ki, hazırda Ukraynaya ictimai diqqət itib və bu, ölümcüldür.

Nazirin sözlərinə görə, Rusiya Federasiyası Ukraynanın mülki infrastrukturuna qəsdən hücumu davam etdirir və Ukraynanın qış qoruyucu qalxanının güclü olmasını təmin etmək lazımdır.

A. Berbok həmçinin qeyd edib ki, Ukraynanın gələcəyi Avropa İttifaqı və NATO-dadır. Ona görə də bu yolda ona dəstək olmaq vacibdir.

Nazir hesab edir ki, Ukrayna-NATO Şurası ölkəni Alyansa üzvlüyə yaxınlaşdıracaq.

"NATO standartları, silahlı qüvvələrin bacarıqlarının planlaşdırılması və islahatlar bu prosesin əsasını təşkil edir. Bu məqsədlə Almaniya Ukrayna-NATO Etimad Fonduna əlavə 11,5 milyon avro sərmayə qoyacaq", - Almaniyanın xarici işlər naziri əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl Kiyev Ukraynanın NATO-ya daxil olması üçün islahat planı layihəsini təsdiqləyib və nazir Dmitri Kuleba onu Ukrayna-NATO Şurasının iclasında təqdim etməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər