20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Yaşayış məntəqəsi fırtına səbəbindən batır
Tarix: 29-11-2023 16:56 | Bölmə: Dünya
Yaşayış məntəqəsi fırtına səbəbindən batır

Kerç yaxınlığındakı Nijneye Geroevskoye qəsəbəsi batmağa başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilir ki, bəzi küçə və əraziləri su basıb, qəsəbəyə gedən yeganə yolu su dağıdıb.

Məlumata görə, gecə saatlarında Krımda yeni tufan qopub. Qasırğalı külək ağacları yıxıb, elektrik xətlərini və damları uçurub. Hərbçilər yerli sakinlərə kömək etməyə gəliblər. Külək hələ ki səngimir.

Qeyd olunur ki, son beş ildə dəniz suları Nijneye Geroevskoyeni tədricən basır.

Bildirilir ki, noyabrın 26-da axşam saatlarında güclü qasırğa Krımı və Krasnodar diyarını bürüyüb, küləyin sürəti saniyədə 40 metrə, dalğaların hündürlüyü 9 metrə çatıb. Krıma dəyən zərərin məbləği 1,3 milyard rublu ötüb. Ümumilikdə Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən təxminən 1,9 milyon insan işıqsız qalıb.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand Krımda baş verən fırtınanı bütün meteoroloji müşahidələr tarixində ən güclü qasırğa adlandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər