Gürcüstana getmək üçün 700 avtomobil yolda qalıb
Tarix: 29-11-2023 17:47 | Bölmə: Dünya
Gürcüstana getmək üçün 700 avtomobil yolda qalıb

Rusiyadan Gürcüstana getmək üçün Şimali Osetiya ərazisində gözləyən iritutumlu maşınların sayı 700-ə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Şimali Osetiyanın Daxili İşlər Nazirliyindən bildiriblər.

Dayanacaqda 383, yolda isə 302 yük avtomobili gözləyir. Sərnişin daşıyan nəqliyyat vasitələrinin növbəsi yoxdur.

TASS xəbər verir ki, gözləyənlər arasında vəziyyətə nəzarət etmək üçün əlavə iki ekipaj ayrılıb.

Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin saytında yayılan məlumata görə, elektron növbədə ümumilikdə 3187 ağır yük maşını qeydiyyatdadır.

Qeyd edək ki, hazırda Gürcüstanın hərbi yolu əlverişsiz hava şəraiti səbəbindən avtomobillər üçün bağlıdır. Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi bu istiqamətdə səyahətdən çəkinməyi tövsiyə edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}