20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bryanskda güclü partlayış: PUA-ların anbarı məhv edilib
Tarix: 30-11-2023 10:21 | Bölmə: Dünya
Bryanskda güclü partlayış: PUA-ların anbarı məhv edilib

Rusiyanın Bryansk şəhərində güclü partlayış baş verib. Son məlumata görə, “Şahed” adlandırılan “Geran-2” hücum dronlarının anbarı dağıdılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Bryansk Messenger teleqram kanalı yazıb. Qeyd olunur ki, Ukraynanın pilotsuz təyyarələri anbara hücum edib.

“Bryanskda təxminən saat 18:12-də “Geran-2” pilotsuz təyyarələri anbarına hücum olub. Şəhər sakinləri partlayış səsləri eşidiblər. Anbara daha əvvəl Ukrayna pilotsuz təyyarələri tərəfindən hücum edilib. Dağıntı və tələfatla bağlı təfərrüatlar dəqiqləşdirilir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, noyabrın 27-də Ryazanda partlayışlar baş verib. Media yerli neft emalı zavoduna və hərbi bazaya pilotsuz təyyarənin hücumundan yazıb. Söhbət şəhərin qərb kənarında yerləşən Diaqilevo hərbi aviabazasından gedir.

Noyabrın 26-da pilotsuz təyyarə Smolenskə hücum edib, saat 23:20-də onun Smolensk vilayətinin ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilsə də, sakinlər şəhərin üzərində tüstülənmənin görüntülərini dərc ediblər. Maraqlıdır ki, həmin gün şəhərə ikinci dron hücumu olub. Eyni vaxtda Çelyabinskdə tank mühərrikləri istehsal edən zavodda da yanğın baş verib. Yerli sakinlər bir müddət əvvəl partlayış səsi eşitdiklərini bildiriblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər