20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropanın hərbi xərcləri 240 milyard avro təşkil edir
Tarix: 30-11-2023 18:05 | Bölmə: Dünya
Avropanın hərbi xərcləri 240 milyard avro təşkil edir

Avropa Müdafiə Agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi xərcləri 2022-ci ildə 6 faiz artaraq rekord məbləğ - 240 milyard avro təşkil edib.

Reyting.az
xəbər verir ki, Aİ-nin 27 ölkəsindən 20-si müdafiə xərclərini artırıb, onlardan altısı hərbi xərcləri 10 faizdən çox artırıb.

Rekordçular 30,1 faiz, Lüksemburq - 27,9 faiz, Litva - 27,6 faiz, İspaniya - 19,3 faiz, Belçika - 14,8 faiz və Yunanıstan - 13,3 faiz artımla NATO-ya qəbulu gözləyən İsveç olub.

Bütün hərbi xərclərin demək olar ki, altıda biri - 58 milyard avro yeni silah növlərinin alınmasına yönəlib.

Agentlik bu ayırmaların hansı hissəsinin Ukraynaya hərbi yardıma və ya onu artırmaq üçün getdiyini açıqlamır.

Daha əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell bildirmişdi ki, Aİ ölkələri Ukraynaya 27 milyard avro dəyərində silah tədarük edib ki, bu da 2022-ci ildə bütün hərbi xərclərin 11 faizini ötür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər