18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ Maduronun müttəfiqini azad edir
Tarix: 21-12-2023 01:22 | Bölmə: Dünya
ABŞ Maduronun müttəfiqini azad edir

ABŞ administrasiyası həbsdə olan Amerika vətəndaşları müqabilində Venesuela prezidenti Nikolas Maduronun yaxın müttəfiqini azad edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Qərb mediası xüsusi qaynaqlarına istinadla bildirir.

Məlumata görə, söhbət venesuelalı Aleks Saabdan gedir. O, 12 iyun 2020-ci ildə Sal adasındakı Amilcar Kabral hava limanında Kabo-Verde hakimiyyəti ilə İnterpol arasında birgə əməliyyat çərçivəsində həbs edilib. Onlar ABŞ-ın verdiyi beynəlxalq həbs orderi əsasında hərəkət ediblər. Birləşmiş Ştatlar A. Saabın Venesuela büdcəsindən pulları ABŞ-dakı qurumlar vasitəsilə yuduğunu iddia edib. Saab 2021-ci ilin oktyabrında Kabo-Verdedən ABŞ-a ekstradisiya olunub.

Bildirilir ki, Venesuela ən azı 10 Amerika vətəndaşını azad edəcək. “Röyter” isə yazır ki, söhbət 36 nəfərdən, o cümlədən 12 amerikalıdan gedir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}