İdoneziyada 28 sərnişini daşıyan gəmi itib
Tarix: 21-12-2023 23:55 | Bölmə: Dünya
İdoneziyada 28 sərnişini daşıyan gəmi itib

İndoneziyanın şərqindəki Qərbi Sulavesi əyalətinin Mamuju sahillərində 28 nəfəri daşıyan gəmi yoxa çıxıb. Xilasedicilər çərşənbə günü itkin düşən və ən azı 28 sərnişini olan gəmini axtarırlar.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə axtarış-xilasetmə xidmətinin rəhbəri Məhəmməd Rizal məlumat verib.

Onun sözlərinə görə, toyu qeyd etməyə gedən və 28 qonağın olduğu gəmi ilə Ambo adasının sularında əlaqə kəsilib.

Rizal qeyd edib ki, gəmi Ambo adasından yerli vaxtla təxminən saat 10:00-da yola düşüb və saat 16:00-da Mamujudakı Port Sumareyə çatması gözlənilirdi. Amma gəmi gözlənilən vaxta ora çatmayıb və bu səbəbdən də xilasetmə qrupu Ambo adasına göndərilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}