Kiyevdə partlayışlar: mer əhalini sığınacaqlarda qalmağa səsləyib
Tarix: 29-12-2023 10:43 | Bölmə: Dünya
Kiyevdə partlayışlar: mer əhalini sığınacaqlarda qalmağa səsləyib

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayışlar baş verib. Bu səbəbdən hava hücumundan müdafiə sistemi işə salınıb. Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

Reyting.az
-ın xəbərinə görə, V. Kliçko Telegram kanalı vasitəsi ilə müraciətində əhalini sığınacaqlarda qalmağa çağırıb.

Kliçko Kiyevin Podolsk rayonunda anbarların yandığını da bildirib.

Xarkov meri İqor Terexov isə Telegram kanalında qeyd edib ki, şəhərdə partlayışların "üçüncü dalğası" başlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}