20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Moldovanın yeni XİN rəhbəri təyin edilib
Tarix: 24-01-2024 13:12 | Bölmə: Dünya
Moldovanın yeni XİN rəhbəri təyin edilib

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

Bu barədə Moldovanın baş naziri Dorin Reçan bildirib.

O, əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Niku Popesku yanvarın 24-də istefa verib.

Məlumata görə, bundan sonra Moldova Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ayrılacaq. Əvvəllər Xarici İşlər və Avrointeqrasiya Nazirliyində dövlət katibi işləmiş Kristina Gerasimova avrointeqrasiya naziri vəzifəsinə təyin olunub(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər