Almaniyada ifrat sağçılara qarşı hərəkat başlayır
Tarix: 29-02-2024 14:21 | Bölmə: Dünya
Almaniyada ifrat sağçılara qarşı hərəkat başlayır

İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) yüksəlişindən sonra Almaniyada işəgötürənlər və həmkarlar ittifaqları ksenofobiyaya qarşı ortaq mövqe nümayiş etdiriblər.

Reyting.az
xəbər verir ki, Almaniyanın iş dünyası ilk dəfə ölkədə ifrat sağa qarşı olduğunu bildirib.

İşəgötürənlərin həmkarlar ittifaqı (metallurgiya sahəsi üzrə) ifrat sağçılara qarşı “Demokratiya naminə biznes” adlı bəyannamə qəbul ediblər. Avtomobil istehsalçıları “Mercedes-Benz” və “Porsche” də bəyannaməni dəstəkləyiblər.

Hər il Almaniyada təxminən 400 min ixtisaslı əcnəbi işçiyə ehtiyac olduğu bildirilir. Bu səbəbdən də Almaniya iş dünyası ifrat sağçıların yüksəlişinin xarici işçilərin ölkəyə gəlməməsinə səbəb olacağından narahatdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}