NATO ölkələrinin XİN başçıları Brüsseldə görüşəcək
Tarix: 29-02-2024 17:33 | Bölmə: Dünya
NATO ölkələrinin XİN başçıları Brüsseldə görüşəcək

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin aprel ayının əvvəlində görüşü gözlənilir. Görüş Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümü ilə bağlı olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətinin məlumatında bildirilir.

Görüş aprelin 3-4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında baş katib Yens Stoltenberqin sədrliyi ilə baş tutacaq. Bu, İsveçin Alyansın tamhüquqlu üzvü kimi iştirakı ilə ilk görüş olacaq.

Tədbirə yaxın daha ətraflı proqramın elan ediləcəyi bildirilir.

Xatırladaq ki, həftənin əvvəlində Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}