Hipersəs raketləri üzrə alimə 14 il həbs cəzası veriblər
Tarix: 22-05-2024 15:18 | Bölmə: Dünya
Hipersəs raketləri üzrə alimə 14 il həbs cəzası veriblər

Rusiyada hipersəs sahəsində çalışmış fizik Anatoli Maslov hipersəs mütəxəssislərinə qarşı açılan son cinayət işləri nəticəsində dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az
xəbər verir ki, Anatoli Maslovun vəkili Olqa Dinze ürəyində ciddi problemi olan 77 yaşlı müvəkkilinin hökmdən şoka düşdüyünü bildirib.

Vəkil 77 yaşlı alimi təvazökar həyat sürən və həyatını Rusiya elminə həsr etmiş, ölkəni tərk etmək və Qərb universitetlərindən birində işləmək üçün çoxsaylı dəvətləri rədd edən insan kimi xarakterizə edib.

Dinze deyib ki, Maslovla bağlı araşdırma başqa bir şəxsin işi üzrə ifadə verdikdən sonra başlayıb. Dinzenin haqqında danışdığı şəxs Maslovla eyni sahədə çalışmış və ötən ay məhkum olunmuş (7 il həbs cəzası alıb-red.) Aleksandr Kuranovdur.

Xatırladaq ki, Maslov hipersonika üzrə ixtisaslaşmış və dövlətə xəyanətdə ittiham olunan üç alimdən biridir. Maslov kimi, Sibir İnstitutunda çalışmış hipersəs mütəxəssisləri Aleksandr Şiplyuk və Valeri Zveqintsev də məhkəmənin qərarını gözləyir.

Dövlətə xəyanət və casusluq işlərinin müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı “Perviy Otdel”in ekspertinin sözlərinə görə, sözügedən alimlər beynəlxalq konfransda və ya tədqiqatda iştirak edərkən dövlət sirri sayılan məlumatları açıqlamaqda ittiham olunurlar.

Mütəxəssislərin işlədiyi Sibir İnstitutu bu halların Rusiya akademiyasına soyuq təsir göstərdiyini və alimlərin öz işlərini görməsini qeyri-mümkün etdiyini bildirib. İnstitut ötən il açıq məktub dərc edərək, Maslov, Şiplyuk və Zvegintsevin təqsirsiz olduğunu, onların dərc etdirdikləri və ya beynəlxalq konfranslara təqdim etdikləri elmi məqalələrin məhdud məlumatların olmaması üçün yoxlanıldığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}