Berlin: Ukraynaya Almaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verilir
Tarix: 31-05-2024 17:37 | Bölmə: Dünya
Berlin: Ukraynaya Almaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verilir

Almaniya federal hökuməti Ukraynaya öz silahları ilə Rusiyaya hücum etməyə icazə verib.

Reyting.az
xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Eyni zamanda, “Bild” qəzetinin analitiki Julian Röpkenin yazıb ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu icazəni təsdiqləsə də, mühüm məhdudiyyətin adını çəkib. O, icazənin yalnız sərhəd zonasına hücumlara şamil edildiyini bildirib.

“Bild”-in jurnalisti müdafiə nazirindən sitat gətirib:

“Rusiya ərazisində alman silahlarından istifadə etmək icazəsi xüsusilə Xarkov ətrafındakı müdafiə kampaniyasına aiddir, çünki orada sərhədə yaxınlıq xüsusilə aydındır”.

Həmçinin, onun sözlərinə görə, bu, Donetsk və Luqansk vilayətlərində sərhədə yaxın olan Rusiya ərazisinə də aiddir.

“Bunlar Rusiya ilə həmsərhəd bölgələrdir, raketlər və hava hücumundan müdafiə sistemləri də orada birbaşa dövlət sərhədində yerləşir”, - Pistorius qeyd edib.

Eyni zamanda, o, 100 km-dən çox uzaqmənzilli silahlarla Rusiya ərazisinə zərbələrin endirilməsinin hələ də qadağan olunduğunu təsdiqləyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər