Bayden: "Normandiya əməliyyatı Avropanı xilas etdi"
Tarix: 11-06-2024 08:56 | Bölmə: Dünya
Bayden: "Normandiya əməliyyatı Avropanı xilas etdi"

ABŞ lideri 80 il əvvəl müttəfiqlərin Normandiyaya enişini qitənin qurtuluşu kimi qələmə verib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Ştatların prezidenti Co Bayden bu barədə Qərb siyasətçiləri ilə birlikdə müttəfiqlərin Normandiyaya desant çıxarmasının 80 illiyini qeyd etdiyi Fransadan qayıtdıqdan sonra Ağ evdə səsləndirdiyi bəyanatında deyib:

“1944-cü ilin iyununda müttəfiq qoşunlarının Normandiyaya desant göndərməsi Avropanın azad edilməsi yolunda ilk addım oldu”.

Amma bu zaman o, faşist Almaniyası ilə mübarizədə SSRİ-nin töhfəsi haqqında heç nə deməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}