Mileyin qanun layihəsi Senatdan keçib
Tarix: 13-06-2024 08:19 | Bölmə: Dünya
Mileyin qanun layihəsi Senatdan keçib

Argentina Senatı (parlamentin yuxarı palatası) çərşənbə günü hökumətin ölkə iqtisadiyyatının tənzimlənməsinə yönəlmiş islahatlar paketi olan qanun layihəsini təsdiqləyib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu zaman 36 senator sənədin lehinə, 36-sı isə əleyhinə səs verib.

İclasda çıxış edən Argentina prezidenti Miley “ən böyük dəstək mənim səsimdir” deyib.

Qeyd edək ki, Senat ikinci oxunuşda qanun layihəsini bənd-bənd nəzərdən keçirəcək.

V.QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər