Yeni namizəd: Kamala Harris, yoxsa Mişel Obama?
Tarix: 22-07-2024 16:31 | Bölmə: Dünya
Yeni namizəd: Kamala Harris, yoxsa Mişel Obama?

Prezidentliyə namizədlikdən geri çəkilən Co Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcək.

Reyting.az
bildirir ki, Demokrat Partiyasının nizamnaməsinə görə, nümayəndələr Konqresdə prezidentliyə yeni namizədlə bağlı yekun qərarı verəcəklər. Əksəriyyətin səsini qazanan şəxs isə onların namizədi olacaq. Yeni namizəd bunun üçün 3930-dan çox nümayəndədən 1968-nin səsini toplamalıdır.

Digər tərəfdən, yerli media və bir çox ekspertlər Baydeni əvəz edə biləcək namizədlər arasında Baydenin vitse-prezidenti Kamala Harrislə yanaşı, ABŞ-nın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın da adını hallandırır.

Mişel Obama namizədlik yarışında iştirak etməyəcəyini dəfələrlə bəyan etsə də, Bayden mübarizədən çəkildikdən sonra onun adı daha çox müzakirə edilir. Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Baydenin namizədliyini geri götürəcəyi təqdirdə Harrisin birbaşa namizədliyini irəli sürməkdənsə, partiyada namizədlik üçün yarış keçirməyə çağırıb.

Onu da qeyd edək ki, prezidentliyə yeni namizədin vitse-prezidentliyə namizədinin kim olacağı da maraq doğurur.

ELÇİN




Bölməyə aid digər xəbərlər