General: Ruslara daha 5 il və milyonlarla itki lazımdır ki...
Tarix: 25-07-2024 12:57 | Bölmə: Dünya
General: Ruslara daha 5 il və milyonlarla itki lazımdır ki...

"Əgər Rusiya Ukraynaya hücumlarını davam etdirərsə, 1,8 milyona qədər əsgəri həlak olmaq və yaralanmaqla yanaşı, dörd rayonu tamamilə işğal etmək kimi minimum hədəfə çatmaq üçün ona daha beş il lazımdır".

Reyting.az
xəbər verir ki, bunu Britaniya ordusunun yeni rəhbəri, general Roli Volker deyib.

Onun fikrincə, uzunmüddətli müharibədə qalib yoxdur, çünki bu, hər iki tərəf və itirilmiş nəsillər üçün tam dağıntıdır.

R. Volker qeyd edib ki, Rusiya lideri V. Putin uduzmalıdır, əks təqdirdə NATO-nu qoruyan daha geniş təhlükəsizlik sistemi risk altında ola bilər.

Volkerin sözlərinə görə, rusların minimum dörd sahədəki hədəflərinə doğru işləmək üçün yəqin ki, beş il lazım olacaq.

General həmçinin xəbərdarlıq edib ki, Böyük Britaniya ordusu üç il ərzində Rusiya, Çin, İran və Şimali Koreyadan gələn “təxribat oxuna” qarşı müharibə aparmağa hazır olmalıdır.

O, Rusiyanın Ukraynadakı müharibədən “çox təhlükəli” çıxacağını və Kiyevi dəstəkləyən Britaniya kimi ölkələrdən qisas almağa çalışacağını deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər