Serbiya: mikroavtobus aşıb, 30-dan çox yaralı var
Tarix: 26-07-2024 16:38 | Bölmə: Dünya
Serbiya: mikroavtobus aşıb, 30-dan çox yaralı var

Cümə günü Serbiyanın cənub-qərbində 50-yə yaxın miqrantı daşıyan mikroavtobus aşıb, 30-dan çox insan yaralanıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, hadisə şərqdə, Bolqarıstanla sərhədə yaxın olan Pirot şəhəri ilə Serbiyanın cənubundakı Niş şəhəri arasındakı yolda baş verib.

Hələlik başqa təfərrüatlar yoxdur və Serbiya polisi rəsmi açıqlama verməyib.

RTS-in məlumatına görə, xəsarət alan 30 nəfərdən 22-si Təcili Tibbi Yardım Mərkəzinə çatdırılıb. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Daha 17 nəfər Pirot xəstəxanasına yerləşdirilib. Onlardan ikisi reanimasiyadadır.

Serbiya miqrantların Qərbi Avropaya çatmaq üçün istifadə etdikləri Balkan quru yolu adlanan marşrutun üzərində yerləşir.

Miqrantlar Serbiyaya Bolqarıstan və ya Şimali Makedoniyadan gəlir, sonra şimala və qərbə Macarıstan və ya Xorvatiyaya gedirlər.

Aralıq dənizində ən azı 94 nəfərin ölümünə səbəb olan qaçqın gəmisinin batmasından 18 ay sonra İtaliyada 6 məmura qarşı ittiham irəli sürülüb.

Sağ qalanların sözlərinə görə, həddindən artıq yüklənmiş gəmi sahil artıq görünəndə kəskin manevr zamanı aşıb. Sərnişinlər arasında hələ də itkin düşmüş hesab edilənlər var.

İyun ayında İtaliya sahil mühafizəsi ölkənin cənub sahillərində İon dənizində batan gəmidən 34 cəsədi çıxarıb.

Sağ qalanların dediyinə görə, içərisində İran, Suriya və İraqdan olan təxminən 75 nəfərin olduğu motorlu qayıq Türkiyədən yola düşdükdən təxminən səkkiz gün sonra İtaliya sahillərində alovlanıb və çevrilib. Sağ qalanlardan 11-nə sahildə tibbi yardım göstərilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər