PKK ilə əlaqəsi olan partiyalar qapadılıb, mülkləri müsadirə edilib
Tarix: 06-08-2024 09:02 | Bölmə: Dünya
PKK ilə əlaqəsi olan partiyalar qapadılıb, mülkləri müsadirə edilib

İraq Ali Məhkəmə Şurasının qəbul etdiyi qərar yerli mətbuata sızıb.

Reyting.az
xəbər verir ki, məlumata görə, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında terror təşkilatı PKK-ya bağlı olan partiyaların ölkədə fəaliyyəti dayandırılıb.

Söhbət “Yəzidi Demokrat və Azadlıq Partiyası”, “Demokratik Mübarizə Cəbhəsi Partiyası” və “Tevgera Azadi”-nin fəaliyyətindən gedir ki, onların fəaliyyəti PKK ilə əlaqəsi səbəbiylə qadağan edilib və mülklərinə həbs qoyulub.

Qərarda bildirilib ki, tərəflərin terror təşkilatı PKK ilə əlaqəsi olması xəbəri İraq Kəşfiyyat İdarəsi və Baş Nazirlik tərəfindən də təsdiqlənib.

İraq hökuməti iyulun 23-də dövlət qurumlarında rəsmi yazışmalarda terror təşkilatı PKK-nın “qadağan olunmuş təşkilat” kimi təyin edilməsi barədə göstəriş verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər