Bundestaq: Kiyev Kurskda alman silahlarından istifadə edə bilər
Tarix: 08-08-2024 17:35 | Bölmə: Dünya
Bundestaq: Kiyev Kurskda alman silahlarından istifadə edə bilər

Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Markus Faber Rusiyanın Kursk vilayətindəki hərbi əməliyyatlarda Ukraynanın alman silahlarından istifadə ehtimalını problem hesab etmir.

Reyting.az
xəbər verir ki, M. Faber bu barədə "Funke Mediengruppe" nəşrinə müsahibəsində bildirib.

Faberin fikrincə, Ukraynaya təhvil verilən alman silahları “Ukrayna silahı”na çevrilir və bu, “Leopard 2” tankları da daxil olmaqla “bütün silahlara” aiddir.

“Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq, hər iki dövlətin ərazisi müharibə zonasıdır”, - deyə Bundestaqın Müdafiə Komitəsinin sədri izah edib.

Qeyd edək ki, Rusiya KİV-lərinin məlumatına görə, çərşənbə axşamından etibarən Ukrayna qüvvələri Kursk bölgəsində Rusiya ərazisinə doğru irəliləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər