Rusiya və Çin hərbi-texniki əməkdaşlığı gücləndirir
Tarix: 11-09-2024 10:32 | Bölmə: Dünya
Rusiya və Çin hərbi-texniki əməkdaşlığı gücləndirir

Rusiya və Çin hərbi-texniki əməkdaşlığı inkişaf etdirirlər.

Reyting.az
xəbər verir ki, belə qənaətə ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib.

ISW bu məsələdə ABŞ dövlət katibinin müavini Kurt Kempbellinə də istind edir.

K. Kempbellin bildirdiyinə görə, Çin gizli yolla Rusiya hərbi texnologiyası müqabilində Rusiya müdafiə sənayesinə “çox əhəmiyyətli” dəstək verir. Diplomat deyib ki, Çin Rusiyaya təkcə ikili təyinatlı məhsullar tədarük etmir, həm də Rusiya hərbi maşınının elementlərini saxlamaq, inkişaf etdirmək və diversifikasiya etmək üçün mühüm səylər göstərir.

Buna cavab olaraq Rusiya Çinə sualtı qayıqlar, təyyarələr və raket texnologiyaları göndərir, hansı ki, bu məhsulları əvvəllər Pekinlə bölüşməkdən çəkinirdi.

Lakin Çin rəsmiləri Rusiyanın hərbi səylərinə dəstəyi inkar edir və Çinin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı mövqeyində qərəzsiz qaldığını bildirir.

Qeyd edək ki, Kempbellin bəyanatı hazırda Sakit və Şimal buzlu okeanlarında, həmçinin Aralıq dənizi, Xəzər və Baltik dənizlərində keçirilən “Ocean 2024” beynəlxalq dəniz təlimləri fonunda verilib. Bu təlimlərə Rusiya rəhbərlik edir.

Təlimlər ərəfəsində Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Rusiya və Çinə təzyiq göstərməkdə ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər