Fransa PKK terrorçularına qucaq açır
Tarix: 16-09-2024 09:56 | Bölmə: Dünya
Fransa PKK terrorçularına qucaq açır

Fransanın Marsel şəhərində qondarma festival təşkil edən terror təşkilatı PKK tərəfdarları Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların xatirəsini anıb və təşkilatın təbliğatını aparıblar.

Reyting.az
xəbər verir ki, qondarma festivalda Türkiyənin əleyhinə aşağılayıcı şüarlar da səsləndirilib.

“Festival” adı altında keçirilən nümayişdə PKK tərəfdarları terror təşkilatının lideri Abdullah Öcalanın azadlığa buraxılmasını da tələb ediblər.

Maraqlıdır ki, Marseldə keçirilən qalmaqallı “festival” bəzi kanallarda canlı yayımlanıb.

Fransa Xarici İşlər Nazirliyi Türkiyə mediasının “PKK-nın Avropa Birliyi və Fransa tərəfindən terror təşkilatı kimi tanındığı bir vaxtda təşkilata aid cır-cındırlardan istifadə edilərək terror təbliğatının aparıldığı bu nümayişə niyə icazə verildiyi ilə bağlı” sualını hələ cavablandırmayıb.

Türkiyə Fransa prezidenti Emmanuel Makronun 2021-ci ildə terror təşkilatı PKK/PYD/YPG-nin nəzarətində olan qondarma “Suriya Demokratik Şurası” üzvləri ilə görüşünü pisləyib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) zamanında Suriyanın şimalında Hələbin Aynularab rayonunda fransız sement şirkəti Lafargenin obyektinin yerləşdiyi kampusun bir hissəsində PKK/YPG üzvlərinə məxsus strateji hədəfi vurub.

Onu da qeyd edək ki, Lafergenin PKK-ya dəstək verdiyi haqda məlumatlar az deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}