Rusiyalı müxalifətçi: “Qərb 140 milyon rusa cinayətkar kimi yanaşmamalıdır”
Tarix: 23-09-2024 17:04 | Bölmə: Dünya
Rusiyalı müxalifətçi: “Qərb 140 milyon rusa cinayətkar kimi yanaşmamalıdır”

Rusiya-ABŞ məhbus mübadiləsi çərçivəsində azad edilən rusiyalı müxalif siyasətçi və jurnalist Vladimir Kara-Murza Qərbi Moskvaya qarşı sanksiyaların tətbiqinə diqqətlə yanaşmağa çağırıb.

Reyting.az
xəbər verir ki, müxalifətçi əvvəllər bu mövqeyinə görə Ukrayna tərəfindən tənqid olunub.

“Mən heç vaxt sanksiyaların götürülməsinə çağırış etməmişəm, lakin onlar Putinin müharibə maşınına və müharibə iqtisadiyyatına yönəlməlidir və onun Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirməsini çətinləşdirməlidir”, - o deyib.

Müxalifətçi əlavə edib ki, rusların Litva və Çexiyaya girişinə tam qadağa qoyulması ayrı-seçkilik və Avropa İnsan Haqları Konvensiyasının pozulmasıdır.

“Qərb 140 milyon rusun hamısına hərbi cinayətkar kimi yanaşmamalıdır, çünki onlar belə deyillər”, - Kara-Murza bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər