Zelenski: “Müharibənin sonu düşündüyümüzdən də yaxındır”
Tarix: 24-09-2024 10:19 | Bölmə: Dünya
Zelenski: “Müharibənin sonu düşündüyümüzdən də yaxındır”

Ukrayna prezidenti Vladimir Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə müharibənin mümkün sona çatması ilə bağlı optimist bəyanat verib. O, müharibənin sonunun “düşündüyümüzdən də yaxın” olduğunu bildirib.

Reyting.az
xəbər verir ki, Zelenski həmçinin müttəfiqləri Ukrayna ordusunu gücləndirməyə çağırıb.

“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq”, - o vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, Qələbə planı Ukraynanı gücləndirməkdir, ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik.

Zelenski müsahibəsində Putinin Kursk əməliyyatından qorxduğunu iddia edib.

Ukrayna prezidenti əlavə edib ki, Ukrayna yalnız “güclü mövqe” ilə Putini müharibəni bitirməyə məcbur edə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər