20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ukrayna üçün iki ölkənin “sülh planı” gündəmə gətirilib
Tarix: 25-09-2024 10:13 | Bölmə: Dünya
Ukrayna üçün iki ölkənin “sülh planı” gündəmə gətirilib

Braziliya prezidenti Lula da Silva BMT Baş Assambleyasının iclasının açılışı zamanı Ukrayna üçün Braziliya-Çin “sülh planını” gündəmə gətirib.

Reyting.az
xəbər verir ki, Braziliyanın xarici siyasət müşaviri Celso Amorim cümə günü Nyu-Yorkda görüşəcək Qlobal Cənubdakı 20 ölkə nümayəndələrindən “sülh planı”na dəstək istəyəcək.

Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, Kolumbiya və digər ölkələrdən nümayəndələrin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, may ayında Amorim Çinə səfər etdikdən sonra açıqlanan Çin-Braziliya “sülh planı” Kiyev və Moskva arasında birbaşa dialoqun bərpasını, gərginliyin azaldılmasını tələb edir, lakin rus qoşunlarının Ukrayna torpaqlarından çıxarılmasını tələb etmir. Bu səbəbdən də Ukrayna tərəfi Braziliya və Çinin “sülh planını” rədd edib. Prezident Vladimir Zelenski deyib ki, ölkədə vəziyyəti sabitləşdirmək üçün yeganə etibarlı format Ukraynanın təşəbbüsü ilə keçirilən sülh sammitidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər