Lukaşenko digər qurumların əməkdaşlarına da PUA-ları vurmaq icazəsi verib
Tarix: 08-10-2024 10:35 | Bölmə: Dünya
Lukaşenko digər qurumların əməkdaşlarına da PUA-ları vurmaq icazəsi verib

Belarus prezidenti Aleksandr Lukaşenko hərbiləşdirilmiş təşkilatların əməkdaşlarına pilotsuz uçuş aparatlarını (PUA) vurmağa icazə verib.

Reyting.az
-ın məlumatına görə, Lukaşenkonun oktyabrın 7-də imzaladığı 392 saylı fərmanla xüsusi vasitə və silahlardan təkcə təyyarə modelləri və PUA-lara qarşı deyil, habelə məsafədən idarə olunan nəqliyyat vasitələrinə, gəmilərə, qurğulara və komplekslərə qarşı istifadə hüququ təsbit edilib.

İndi təkcə hərbi qulluqçular və daxili işlər orqanlarının əməkdaşları deyil, həm də prokurorluğun, İstintaq Komitəsinin, Dövlət Məhkəmə Ekspertiza Komitəsinin, Dövlət Nəzarəti Komitəsinin maliyyə təhqiqat orqanlarının, Vətəndaşların Mühafizəsi üzrə Dövlət Müfəttişliyinin əməkdaşları da pilotsuz təyyarələri vura bilərlər.

Ukrayna mediasının iddiasına görə, son zamanlar monitorinq kanalları tez-tez Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarının Belarus ərazisinə necə uçduğunu və Ukrayna ərazisinə buraxıldığını qeyd edirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər