Hökumət üzvlərinin fotosu birmənalı qarşılanmayıb
Tarix: 08-10-2024 13:12 | Bölmə: Dünya
Hökumət üzvlərinin fotosu birmənalı qarşılanmayıb

Yaponiya hökuməti internetdə yazılan şərhlərdən sonra yeni kabinet üzvlərinin şəklini dəyişdirmək məcburiyyətində qalıb.

Reyting.az
-ın məlumatına görə, hökumət etiraf edib ki, yeni kabinetin rəsmi fotoşəkili, internetdə istehza xarakterli şərhlərdən sonra üzvlərin daha az dağınıq görünməsi üçün dəyişdirilib.

Qeyd edək ki, yerli media tərəfindən çəkilən fotoşəkillərdə yeni baş nazir Şigeru İşiba və müdafiə naziri kostyumlarının altından kiçik ağ köynək parçaları ilə görünüblər. Ancaq bu vəziyyət cümə axşamı baş nazirin ofisi tərəfindən dərc edilən rəsmi fotoşəkildə gözə dəyməyib.

Fotoda baş nazir ortada, müdafiə naziri isə soldan ikincidir.

İnternetdə ələ salındıqdan sonra hökumət sözçüsü bazar ertəsi qeyd edib ki, fotoya “kiçik redaktə” olunub. Bildirib ki, fotolarda tez-tez kiçik düzəlişlər edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər