Rusiya kəşfiyyatı deputatı casusluğa cəlb edib
Tarix: 08-10-2024 13:55 | Bölmə: Dünya
Rusiya kəşfiyyatı deputatı casusluğa cəlb edib

İrlandiya parlamentinin bir üzvünün Rusiya kəşfiyyatı tərəfindən casusluğa cəlb olunduğu iddia edilir.

Reyting.az
"Politico" nəşrinə istinadla bildirir ki, "Brexit"-lə bağlı keçən müzakirələr fonunda Böyük Britaniya ilə İrlandiya arasındakı münasibətlərdən istifadə edən Rusiyanın məqsədi böyük gərginlik yaratmaq olub.

Rusiya kəşfiyyatı 2019-cu ildə irlandiyalı bir deputatı bu məqsədlə "işə" götürüb, çünki Moskva "Brexit" fonunda İrlandiya ilə Böyük Britaniya arasındakı gərginliyin daha da artırmasına çalışıb.

Qeyd edək ki, bununla bağlı etibarlı, həm də rəsmi mənbələrə istinad etməklə ilk dəfə "Sunday Times" yazıb, ertəsi gün isə oxşar material "Politico"-da dərc edilib. İnformasiya təkzib olunmadığına görə digər nəşrlər də artıq yayılmış mənbələrə istinad edirlər.

"Politico" nəşri yazır ki, Rusiyanın lehinə casusluqda ittiham olunan irlandiyalı deputatın hərəkətlərində formal olaraq heç bir cinayət tərkibi olmadığından ona qarşı ciddi ittiham irəli sürülməyib. Bu işi ətraflı araşdırmış müstəntiqlər bildiriblər ki, deputatın müxtəlif vaxtlarda Rusiyaya məxfi sənədləri ötürməsi, Moskvadan pul alması barədə inkaredilməz dəlillər, ciddi sübutlar tapmayıblar.

Rusiya kəşfiyyatı ilə işlədiyi iddia olunan şəxs hələ də parlament üzvüdür. Ancaq rəsmi olaraq o şübhəli hesab edilmədiyi üçün adı hallandırılmır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər