Ölkədən qaçan baş nazirin həbsinə çalışırlar
Tarix: 14-10-2024 12:22 | Bölmə: Dünya
Ölkədən qaçan baş nazirin həbsinə çalışırlar

Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi yüzlərlə insanın öldüyü tələbə etirazlarından sonra Hindistana qaçan baş nazirin ekstradisiyası üçün İnterpoldan kömək istəyəcək.

Reyting.az
-ın xəbərinə görə, Banqladeş Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi rəhbəri olan yeni baş prokuror Məhəmməd Tajul deyib ki, məhkəmə nümayişlər zamanı “işgəncə kimi insanlığa qarşı cinayətlər” törətməkdə ittiham olunanlar üçün həbs qərarı və səyahət qadağası tələb edəcək.

Nümayişlər davam edərkən Hindistana gedən baş nazir Şeyx Hasina Vacidin və xaricə qaçan digər şəxslərin ekstradisiyası üçün İnterpoldan kömək istəyəcəklərini ifadə edən Tajul əmindir ki, Banqladeş öz əlaqələri sayəsində İnterpoldan qırmızı bildiriş tələb edə bilər: “Bu yolla bir çox insanı ölkəyə qaytara biləcəyik”.

Qeyd edək ki, Banqladeşdə müvəqqəti hökumət tələbə etirazları zamanı 708 nəfərin həyatını itirdiyini açıqlayıb.

V. QULİYEV






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər