18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Terrora hazırlaşan 35 nəfər saxlanılıb
Tarix: 25-10-2024 12:07 | Bölmə: Dünya
Terrora hazırlaşan 35 nəfər saxlanılıb

İstanbul polisi Türkiyədə PKK terror təşkilatının 35 tərəfdarını saxlayıb. Onlar küçə etirazları hazırlamaqda və yandırıcı qarışıqlardan istifadədə şübhəli bilinirlər.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, həbslər İstanbul prokurorluğunun 44 PKK tərəfdarı barəsində apardığı istintaq çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, oktyabrın 23-də terrorçular Ankarada “Tusaş” aerokosmik korporasiyasının müəssisələrindən birinə hücum ediblər. Nəticədə 5 nəfər ölüb, 22 nəfər yaralanıb. İki hücumçu öldürülüb. Təhlükəsizlik xidmətləri hücum edənlərin PKK yaraqlıları olduğunu müəyyənləşdirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib